ELM VƏ TƏHSİL


AMEA-nın müxbir üzvü beynəlxalq jurnalın redaktoru seçilib

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “CAAI Transactions on Intelligence Technology” jurnalının redaktoru seçilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, jurnal Mühəndislik və Texnologiyalar İnstitutu tərəfindən nəşr olunur.

Qeyd edək ki, Çin Süni İntellekt Assosiasiyasının sponsorluğu ilə çap olunan jurnalda süni intellekt texnologiyalarının nəzəri və eksperimental problemləri ilə bağlı məqalələrə yer verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.