ELM VƏ TƏHSİL
AMEA-nın müxbir üzvü beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib
Bakı, 28 oktyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2023-cü il iyulun 23-28-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində mobil rabitənin layihələndirilməsi, istismarı və qiymətləndirilməsi üzrə keçiriləcək IV beynəlxalq konfransın (MOBILE 2023) proqram komitəsinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “MOBILE 2023” konfransında istehlakçılar, sənaye müəssisələri, təşkilatlar və hökumətlər üçün mobil texnologiyaların və tətbiqlərin istismarı, qiymətləndirilməsi və seçilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur. Konfrans akademik dairələr, sənaye və dövlət müəssisələrindən olan tədqiqatçılar üçün yeni ideyaları, ən son tədqiqat töhfələrini müzakirə etmək, eləcə də mobil rabitə ilə bağlı cari təcrübələri təqdim etmək üçün platforma rolunu oynayacaq.
Qeyd edək ki, konfransın materialları nüfuzlu “Springer” nəşriyyatında dərc olunacaq.