ELM VƏ TƏHSİL


AMEA-nın nümayəndələri Ağdamda olublar

Bakı, 17 iyun, AZƏRTAC

AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, akademik Nərgiz Axundova, AMEA-nın müxbir üzvləri Rafiq Əliyev və Bəxtiyar Əliyev, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov və başqaları Milli Qurtuluş Gününün 29-cu ildönümünü Ağdamda qeyd ediblər.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları işğaldan sonra rayon ərazisində aparılan irimiqyaslı abadlıq və yenidənqurma işləri ilə tanış edib. Qeyd olunub ki, işğaldan azad edilən digər rayonlar kimi, artıq Ağdamda da yenidənqurma işləri sürətlə davam etdirilir. Yaxın gələcəkdə bura gələnlər erməni vandalizminin dəhşətli mənzərəsi yerinə yeni çiçəklənən Ağdamı görə biləcəklər.

Səfər çərçivəsində qonaqlar rayonun bir sıra yerlərinə baş çəkib, erməni vandalizmi nəticəsində dağıdılmış qəbiristanlıqları, tarixi binaları, mədəniyyət abidələrini ziyarət ediblər. Pənahəli xanın iqamətgahına baş çəkən qonaqlar Ağdamda həyatın qayıdışına şahid olduqlarına görə sevinc hissi keçirdiklərini dilə gətiriblər. Daha sonra ziyalılar Ağdam Cümə məscidini ziyarət edərək rayonda həyata keçirilən yeni tikinti layihələri ilə tanış olublar.

Eyni zamanda, qonaqlar Ağdam Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla anıblar.

Səfərin sonunda qonaqlar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüb və ətraflı fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.