Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA-nın prezidenti: Alimlərin fəaliyyətinin qiymətləndirilməsi akademiyanın çoxşaxəli islahatlarının tərkib hissəsidir

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadənin akademiyanın 500-dən çox əməkdaşının DİM-in həyata keçirdiyi buraxılış və qəbul imtahanlarının, elmi-metodik monitorinqlərin keçirilməsində, tədris vəsaitlərinin hazırlanmasında fəal iştirak etdiklərinə və öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə təşəkkür məktubunu diqqətə çatdırıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademik A.Əlizadə dərslik və dərs vəsaitlərinin mükəmməlliyi, elmi biliklərin tədris ədəbiyyatında lazımi səviyyədə yer alması üçün akademiyanın alim və mütəxəssislərinin gələcəkdə də bu istiqamətdə fəaliyyətinin vacibliyini vurğulayıb.

Sonra iclasda baza kafedralarının fəaliyyəti barədə müzakirə aparılıb.

A.Əlizadə akademiyanın elm və təhsilin inteqrasiyası istiqamətində fəal çalışdığını və bunun göstəricisi olaraq, AMEA-nın institutlarında müxtəlif universitetlərin 16 baza kafedrasının fəaliyyət göstərdiyini bildirib. Qeyd edilib ki, hazırda AMEA-nın elmi müəssisələrində təşkil olunan təcrübə mərkəzlərində ali təhsil müəssisələrinin tələbələri yüksək səviyyədə praktik biliklər əldə edirlər.

AMEA-nın prezidenti gələcəkdə elmi müəssisələrdə baza kafedralarının sayının artırılması və onların fəaliyyətinə dair normativ hüquqi bazanın yaradılması barədə tapşırıq verib.

Akademik A.Əlizadə ötən il yüksək elmi nailiyyətlər əldə etmiş bir qrup alimə “AMEA-nın professoru” elmi adının verildiyini söyləyib, həmin alimlərin elmi-tədqiqat işlərinə, elmi kadrların hazırlanması prosesinə daha fəal cəlb olunmalarının vacibliyini vurğulayıb və bu barədə AMEA-nın elmi bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

AMEA-nın rəhbəri bildirib ki, alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması akademiyanın çoxşaxəli islahatlarının tərkib hissəsidir.

Sonra Avropa İttifaqının “Erasmus+” proqramının “Nizami” layihəsinin icrası ilə bağlı tədbirlərin həyata keçirilməsi məsələsi müzakirə olunub.

AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov vurğulayıb ki, “Nizami” layihəsinin reallaşdırılması Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli Sərəncamının həyata keçirilməsinə dair tədbirlər planında yer alıb.

İdarə rəisi layihədə AMEA ilə yanaşı, Təhsil Nazirliyinin, ölkəmizin doqquz aparıcı universitetinin, habelə Almaniya, Fransa, İspaniya, İsveç və Çexiyanın beş nüfuzlu universitetinin iştirak etdiyini bildirib. Qeyd edilib ki, 2015-ci ildən icrasına başlanan layihə cari ilin oktyabrında başa çatacaq. Ə.Sadıqov layihə çərçivəsində ölkəmizdə doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması ilə bağlı həyata keçirilmiş işlər haqqında yekun hesabatın, müvafiq təklif və tövsiyələrin hazırlanacağını, doktoranturada təhsil alanlar haqqında milli elektron portalın yaradılacağını deyib. Bildirilib ki, layihə iştirakçısı olan xarici universitetlərlə birgə növbəti tədbir İspaniyada olacaq.

Sonra Ə.Sadıqov AMEA-da doktorantura və dissertanturaya qəbul haqqında məsələ ilə bağlı təqdimatla çıxış edib. İdarə rəisi AMEA-nın prezidentinin akademiyada fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbulun həyata keçirilməsi barədə 2017-ci il 25 dekabr tarixli sərəncamını xatırladıb. Təqdimatda doktorantura və dissertanturada plan yerləri və sənəd verənlərin sayına dair statistik məlumatlar diqqətə çatdırılıb.

Ə.Sadıqov 2017-ci ilin qış imtahan sessiyasının yekunlarını təqdim edib, ixtisas, fəlsəfə fənni və xarici dil üzrə doktorant və dissertantların doktorluq imtahanlarının nəticələrini diqqətə çatdırıb. Həmçinin 2018-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun gedişi barədə məlumat verilib.

Tədbirdə beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva gündəlikdə yer alan, AMEA-nın “Horizon-2020” beynəlxalq proqramında iştirakına dair məsələ ilə bağlı çıxış edib. Bildirilib ki, bu proqram Azərbaycan alimlərinə xarici həmkarlarla müştərək layihələrdə işləmək imkanı yaradır. İdarə rəhbəri alimlərimizin proqramda iştirakı ilə əlaqədar mövcud vəziyyət, problem və perspektivlər, proqram çərçivəsində 2018-2020-ci illər üzrə yeni çağırışlar, proqramda iştirak etmək üçün fəallığın artırılması məqsədilə AMEA-nın həyata keçirdiyi tədbirlər, eləcə də Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında məlumat verib.

İclasda E.Əlirzayeva Vyana konvensiyası və AMEA-nın xarici ölkələrin akkreditə olunmuş diplomatik nümayəndəlikləri ilə əlaqələrin qurulmasına dair qoyulan tələblər haqqında danışıb, AMEA-nın elmi müəssisələri tərəfindən müxtəlif ölkələrin elmi qurumları ilə əlaqələrin genişləndirilməsi istiqamətində imzalanan əməkdaşlıq sənədləri və onların hazırlanması qaydalarını iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli Sərəncamının icrası ilə bağlı bəzi məsələlər haqqında müzakirə aparılıb. Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev məsələ ilə bağlı bir sıra təkliflər irəli sürüb. Həmçinin iclasda R.Ağasiyev AMEA-nın elmi müəssisələrində zərərli və ağır şəraitdə işləyən işçilərin əmək haqlarına əlavələrin ödənilməsi və AMEA əməkdaşlarının ezamiyyət sənədlərinin hüquqi tənzimlənməsi haqqında da danışıb.

Müzakirələrdən sonra qeyd olunan məsələlərin yenidən hüquqi tənzimlənməsi məqsədilə normativ sənədlərin hazırlanması qərara alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib