ELM VƏ TƏHSİL


AMEA-nın professorlarının koordinasiya şurası yaradılıb

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iyunun 29-da keçirilən iclasında müzakirəyə çıxarılan məsələlərdən biri AMEA-nın professorlarının koordinasiya şurasının yaradılması ilə bağlı olub.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə yeni yaradılan şura barədə məlumat verib. Qeyd olunub ki, şuranın yaradılmasının məqsədi AMEA-nın professorları üçün müəyyənləşdirilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin AMEA professorlarının akademiyanın elmi və elmi-təşkilati həyatında daha fəal iştirakına nail olmaqdır. Akademik qeyd edib ki, AMEA-nın professorlarının qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. Onlar bu vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, öz fəaliyyətində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, kadr hazırlığına və tədris prosesində elmi biliklərin və nailiyyətlərin təbliğinə, habelə innovativ fəaliyyətin inkişafına dəstək verməlidirlər.

Rəyasət Heyətinin qərarı ilə şura yaradılıb, bu qurumun Əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.