ELM VƏ TƏHSİL


AMEA-nın üç elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə seçkilər keçirilib

Bakı, 17 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölmənin ümumi yığıncağının gündəliyini iştirakçıların diqqətə çatdırıb.

Ümumi yığıncaqda AMEA-nın İctimai Elmlər Bölməsinə daxil olan akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifələrini tutmaq üçün seçkilər keçirilib. Akademik Yaqub Mahmudov hesablayıcı komissiyanın sədri seçilib.

Səsvermə nəticəsində akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Fəlsəfə İnstitutunun və akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru seçiliblər.

Səsvermədə bölmə üzrə 24 nəfər həqiqi və müxbir üzvdən 17-si iştirak edib, 11 müxbir üzv yekdilliklə lehinə səs verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.