ELM VƏ TƏHSİL


AMEA-nın vitse-prezidenti İsraildə işgüzar görüşlərdə iştirak edib

Bakı, 23 yanvar, AZƏRTAC 

İsraildə işgüzar səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev Azrieli Akademik Mühəndislik Kollecində təşkil olunan tədbirdə iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, İ.Quliyev respublikamızın bir sıra dövlət qurumlarını təmsil edən nümayəndə heyəti ilə birgə Azrieli Akademik Mühəndislik Kollecinin prezidenti, professor Roza Azhari, həmçinin kollecin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə elm və təhsil sahəsində ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub.

Daha sonra nümayəndə heyəti İsrailin İqtisadiyyat Nazirliyində “Fövqəladə hallarda iqtisadi resursların idarə edilməsi” mövzusunda təşkil olunan tədbirdə iştirak edib, “Flying carpet” və “Monatours” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov, Vergilər Nazirliyinin aparat rəhbəri Nazim Səmədov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun müavini Fərid Əhmədov, İqtisadiyyat Nazirliyinin səfərbərlik hazırlığı şöbəsinin müdiri Bəhruz Məmmədov, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Fuad Pənahov və digərləri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.