ELM VƏ TƏHSİL


AMEA-nın vitse-prezidenti Kazanda bir sıra səmərəli görüşlər keçirib

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Tatarıstan Respublikasının paytaxtı Kazana səfəri zamanı Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Makzum Salaxovla görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkənin elmlər akademiyaları arasında bir il əvvəl imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq, humanitar və ictimai elmlər sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina ilə görüşən AMEA-nın vitse-prezidenti ədəbiyyat sahəsində ortaq layihələrdə iştirak və ədəbi cərəyanların öyrənilməsində təcrübə mübadiləsi barədə danışıqlar aparıb.

Kazan səfəri çərçivəsində İsa Həbibbəyli Tatarıstan Respublikası Dövlət Şurasının Elm, təhsil, mədəniyyət və milli məsələlər komitəsinin sədri, Xalq şairi Razil Valeyevlə görüşüb, eləcə də Tatarıstan ədəbiyyatının klassiki Abdulla Tokayın ev-muzeyində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.