ELM VƏ TƏHSİL
“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi nəşr olunub
Bakı, 1 dekabr, AZƏRTAC
AMEA-nın İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” elmi jurnalının 2021-ci il üzrə ikinci nömrəsi oxuculara təqdim olunub.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, jurnalda 25 elmi məqalə dərc olunub. Nəşrdə “Dünyanın iqtisadi arxitekturası: qlobal bərabərsizliyin sivilizasiya fərqliliyi”, “Ölkənin sosial-iqtisadi inkişafının davamlılığının qiymətləndirilməsi üçün statistik yanaşma”, “Bilik iqtisadiyyatının formalaşmasında innovativ texnologiyaların rolu”, “Yanacaq-enerji kompleksinin ətraf mühitə neqativ təsirlərinin azaldılması yolları”, “Pandemiyanın sığorta bazarına təsirinin qiymətləndirilməsi”, “Azərbaycanda strateji yol xəritəsi kontekstində iqtisadiyyatda şəffaflığın artırılmasının aktual problemləri” kimi mövzularda məqalələr yer alıb.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]