ELM VƏ TƏHSİL
AMEA rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
Bakı, 3 aprel, AZƏRTAC
Ölkə ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edirlər.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, AMEA-nın prezidenti, birinci vitse-prezidentləri, vitse-prezidentləri, akademik-katibi və İşlər idarəsinin müdiri də bu nəcib təşəbbüsə qoşularaq bir aylıq əməkhaqlarının 50 faizini Fonda köçürüblər.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait xüsusi rejimli tibb müəssisələrinin formalaşmasına, maddi-texniki sahənin gücləndirilməsinə, eləcə də ölkəmizdə koronavirusla mübarizə sahəsində həyata keçirilən digər tədbirlərə yönəldiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:37]
Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər
- 23.04.2024 [18:17]
“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar
- 23.04.2024 [17:54]
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
- 23.04.2024 [17:44]