ELM VƏ TƏHSİL


AMEA respublikada nanotexnologiyanın koordinasiyasını akademik Abel Məhərrəmova həvalə edib

Bakı, 4 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) respublikada nanotexnologiyanın koordinasiyasını akademik Abel Məhərrəmova həvalə edib.

Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Qeyd olunub ki, Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Rəyasət Heyətinin Bakı Dövlət Universiteti Elmi Şurası ilə birgə keçirilmiş səyyar iclasında BDU-nun rektoru, akademik A.Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib.

Akademik A.Məhərrəmov BDU-da bu istiqamətdə görülən işlər, bakalavr, magistr, doktorant hazırlığı prosesi, tədris proqramları, dərsliklər, dərs vəsaitləri və s. barədə məlumat verib. Alim BDU-da nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı sahələri və hərbi sənaye istiqamətində tədqiqini və elmi nəticələrini diqqətə çatdırıb. Eyni zamanda, bunun üçün dəyəri milyonlarla ölçülən cihaz və avadanlıq alındığını, bu sahədə olan araşdırma mərkəzləri ilə ümumi dəyəri 8,5 milyon ABŞ dolları olan qrant layihələrinin uğurla yerinə yetirildiyini bildirib.

Çıxış edən akademiklər bu elmi istiqamətin dünya elminin prioritet sahələrindən biri kimi əhəmiyyətindən danışıb, respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyən etmək məqsədilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər strukturlarla müştərək dövlət qurumlarına təqdim etmək üçün meqalayihənin hazırlanmasını təklif ediblər.

AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən respublikada nanotexnologiya istiqamətindəki tədqiqat işlərinin inkişafı və əlaqələndirilməsini müəyyən etmək üçün Koordinasiya Şurası yaradılıb və Şuraya rəhbərlik akademik Abel Məhərrəmova həvalə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.