ELM VƏ TƏHSİL


AMEA və Monpelye Universitetinin müştərək doktorantura proqramına yeni namizədlər qəbul edilib

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında saziş çərçivəsində həyata keçirilən doktorantura səviyyəsində ikili diplom proqramının 2022-ci il doktorantlarının seçimi üzrə Birgə Seçki Komissiyasının onlayn iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira doktorantura səviyyəsində ikili diplom proqramının 2022-ci üzrə elanı, proqrama təqdim edilən mövzular və namizədlər haqqında məlumat verib. O, cari ildə prioritet kimi neyrodegenerativ xəstəliklər və nanofizika istiqamətlərinin seçildiyini bildirib, müştərək doktorantura proqramına təqdim edilmiş mövzular üzrə ilkin seçim mərhələlərindən uğurla keçmiş namizədləri – AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasının məzunu Aygün Süleymanova və AMEA-nın Fizika İnstitutunun magistraturasının məzunu Gülsənəm Əskərxanovanı təqdim edib.

Namizədlər Birgə Seçki Komissiyasının qarşısında müvafiq tədqiqat mövzuları üzrə təqdimatlarla çıxış edib və öz təcrübələri haqqında məlumat veriblər. Onlar hər iki tərəfdən komissiyanın üzvlərinin suallarını cavablandırıblar.

Fikir mübadiləsi məqsədilə AMEA və Monpelye Universiteti tərəfindən komissiya üzvlərinin ayrılıqda müzakirəsi keçirilib. Tərəflər yenidən bir araya gələrək qərarlarını təqdim edib və müzakirə əsasında ümumi nəticəyə əsasən, Gülsənəm Əskərxanova və Aygün Süleymanovanın AMEA və Monpelye Universitetinin müştərək doktorantura proqramına qəbul edilməsi dəstəklənib. Komissiya üzvləri tərəfindən müvafiq sənəd imzalanıb.

Qeyd edək ki, seçilmiş namizədlər təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görülmək hüququ qazanırlar. 2018-ci ildən 6 doktorant bu proqrama qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.