DÜNYA
AMERİKALILAR MOBİL TELEFONLARA QADAĞALARI GÖTÜRMƏYİ TƏLƏB EDİRLƏR
AZƏRTAC xəbər verir ki, “Nyu-York Tayms” qəzetinin yazdığına görə, Nyu-York Valideynlər Assosiasiyası şəhərin meri Maykl Blumberqi, yerli məktəblərdən birinin direktoru Coel Kleyni və Təhsil Departamentini məhkəməyə verərək, məktəblilərin mobil telefondan istifadəsinə qadağanı qanunsuz saymalarını tələb etmişdir. Qəzəblənmiş amerikalıların fikrincə, şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa uşaqların təhlükəsizliyini təmin etmək hüquqlarını məhdudlaşdırır.
Hazırda Nyu-Yorkda və ABŞ-ın bir sıra digər şəhərlərində qüvvədə olan qaydaya əsasən, məktəb ərazisində şagirdlərə mobil telefondan istifadə qadağandır. Polislər təkcə ötən 3 ay ərzində məktəblilərdən 3 mindən artıq, məktəb direktorları isə bundan da çox mobil telefon götürmüşlər.
Mətbuat katibi Coel Kleyn bildirmişdir ki, hakimiyyət orqanları məktəblərdə mobil telefondan istifadəyə qadağanın saxlanılmasında israrlıdırlar. O demişdir ki, məktəbə mobil telefon gətirən şagirdlər tədris prosesini pozurlar.