DÜNYA
AMERİKALI GİROV ÖLDÜRÜLMÜŞDÜR
Əbu Musab əz-Zərqavinin təşkilatı ilə əlaqədə olan qruplaşmanın yaraqlıları İraqda girov götürülmüş amerikalı hərbçinin boynunu vurmuşlar. AZƏRTAC Röyter agentliyinə istinadla xəbər verir ki, edam prosesinin videoyazısı İnternetdə islam saytlarından birində yerləşdirilmişdir.
Edamdan əvvəl yaraqlılar əsiri özü haqqında danışmağa və xarici qoşunların İraqdan çıxarılmasına çağırmağa məcbur etmişlər. Girov bildirmişdir ki, adı Bencamin Forddur və Kaliforniya ştatının San-Fransisko şəhərindəndir. O demişdir: “Biz bu ölkəni dərhal tərk etməliyik. Belə etməsək, hər birimizi ölüm gözləyir”. Bundan sonra onun necə edam olunduğu kadrlar göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]