Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA

Hörmətli cənab Prezident,

Ölkənizin cənub ştatlarında baş vermiş “Katrina” qasırğası nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu ağır təbii fəlakət ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını, dağıntıların, iqtisadiyyata dəyən ziyanın tezliklə aradan qaldırılmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin