SİYASƏT
ƏMİNƏ YUSİFQIZININ CIXIŞI
- Düz 29 il bundan əvvəl xalq şairimiz Mirvarid Dilbazi bizim hörmətli Prezidentimiz haqqında “Şücaətli Əzizim” şerini yazmışdı. Unudulmaz ustadımız Azərbaycanın tərəqqisi naminə nəhəng işlər görmüş böyük tarixi şəxsiyyəti – möhtərəm Heydər Əliyevi şerində tərənnüm etmişdi. Həmin şerdən bir parçanı söyləmək istəyirəm:
“Şücaətli Əzizim
Eşq olsun qüdrətinə,
Milli cəsarətinə.
Qanı doğma qanımız,
Doğma Azərbaycanımız,
Milli qəhrəmanımız.
Xalqımızın ər oğlu
Millətə rəhbər oğlu...”
İndi isə çıxışımı böyük Şəhriyarın “Heydərbabaya salam” poemasından bir parça ilə davam etdirmək istəyirəm:
Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə
Mənim də bir adım gəlsin dilizə.
Heydərbaba, gün dalını dağlasın,
Üzün gülsün,bulaqların çağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış baxtım oyana.
Heydərbaba, göylər yaman dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.
Görüşəydim bu çırpınan yel ilə,
Bağlaşaydım dağdan aşan sel iynən,
Ağlaşaydım uzaq düşən el ilə,
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı,kim qaldı.
Heydərbaba, mərd oğullar doğginən,
Namərdlərin burunların ovginən,
Gədiklərdə qurdları tut boğginən,
Qoy quzular, ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.
Heydərbaba, sənin könlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun.
Sənnən keçən yaxın olsun, yad olsun,
De ki, mənim şair oğlum Şəhriyar
Bir ömürdür qəm üstündən, qəm dadar.
Heydərbaba, gəldim səni yoxlayam,
Bir az yatam, qucağında yuxulayam,
Ömrü qovam, bəlkə burda haqlayam.
Uşaqlığa deyəm bizə gəlsin bir,
Aydın günlər ağlar üzə gülsən bir.
Heydərbaba, alaçıqların köç olsun,
Bizdən sonra qalanlara eşq olsun.
Keçmişlərdən gələnlərə məşq olsun,
Övladımız mətləbini danmasın,
Hər içi boş sözlərə aldanmasın.