İDMAN


AMPK-nın baş katibi Tbilisidə beynəlxalq forumda iştirak edəcək

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) baş katibi Kamal Məmmədov Britaniya Şurasının (“British Council”) dəvəti ilə sentyabrın 24-26-da Tbilisidə keçiriləcək forumda iştirak edəcək.

AMPK-dan AZƏRTAC-a bildiriblər ki, “British Council”in təşkil etdiyi forumda K.Məmmədov komitənin idman sahəsindəki fəaliyyəti, eyni zamanda, paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər və həyata keçirilən layihələr barədə məruzə edəcək.

Forumun məqsədi inklüziv cəmiyyətin qurulması istiqamətində çalışan insanların təcrübəsini bölüşmək və daha geniş imkanlar açmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.