İQTİSADİYYAT
ƏMTƏƏ DÖVRİYYƏSİ 12,7 FAİZ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə 5,7 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi 12,7 faiz artaraq 4,6 milyard manata, pullu xidmətlər isə 40,9 faiz artaraq 1,1 milyard manata çatmışdır. Əhalinin aldığı malların 3 milyard manatlığını və ya 65,1 faizini ərzaq məhsulları, 1,6 milyard manatlığını, yaxud 34,9 faizini qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 9,1 faiz və 20,1 faiz çoxalmışdır.