SİYASƏT


A.Merejko: Azərbaycan özünün qanunsuz işğal edilmiş ərazilərini tamamilə azad edəcək

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü həmişə ardıcıl olaraq dəstəkləyib, indi də dəstəkləyir və dəstəkləyəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko söyləyib.

A.Merejko vurğulayıb ki, əvvələn Ukraynanın bu mövqeyi beynəlxalq hüququn əsas prinsiplərinə tam müvafiqdir. İkincisi, Azərbaycan bizim strateji müttəfiqimizdir və bu fakt rəsmən təsbit olunub. Beynəlxalq hüquq baxımından Azərbaycan özünün işğal olunmuş ərazilərini azad etmək hüququna malikdir və bu hüquq BMT Nizamnaməsinin 51-ci – dövlətin ayrılmaz özünümüdafiə hüququndan söhbət gedən maddəsi, habelə BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələri ilə uzlaşır.

A.Merejko deyib: “Siyasi baxımdan Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üzrə hərəkətləri bəzən danışıqlar düyünə düşəndə, xüsusən onilliklər boyu davam edən səmərəsiz danışıqlardan söhbət gedəndə özünümüdafiə hüququndan istifadə edilməsi danışıqların düyünə düşməsindən real çıxış yoludur. Bu mənada biz müəyyən siyasi presedentin formalaşmasını müşahidə edirik.

Ümidvar olduğumuzu bildirmək istərdik ki, son nəticədə Azərbaycan özünün qanunsuz işğal edilmiş ərazilərini tamamilə azad edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.