SİYASƏT
ANADOLU AGENTLİYİNİN 84 YAŞI TAMAM OLDU
Tədbirdə Türkiyənin Prezidenti Əhməd Necdət Sezərin və baş nazir Rəcəb Tayyib Ərdoğanın təbrik məktubları oxunmuşdur. Anadolu Agentliyinin baş direktoru Hilmi Bengi çıxış etmişdir. O demişdir ki, agentlik ötən 84 ildə öz əhatə dairəsini genişləndirmiş, dünyaya daha doğru və operativ xəbər çatdırmaq üçün daim sürətli inkişaf yolu keçmişdir. Bu gün agentliyin 33 ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Agentlik gün ərzində 700 informasiya, o cümlədən 250 fotoinformasiya yayır. 20 il öncə agentlikdə iqtisadi xəbər mərkəzi yaradılmışdır. Bu mərkəz, həm Türkiyədə, həm də dünyada gedən iqtisadi prosesləri diqqətlə izləyir və öz kanalları ilə yayır.
Sonra Türkiyənin İnformasiya naziri Bəşir Atalay çıxış etmişdir. Nazir demişdir ki, dövlət Anadolu Agentliyinin fəaliyyətini daha da genişləndirmək üçün hər cür yardım göstərəcəkdir. Agentliyin mobil telefonlara xəbər yerləşdirmək layihəsi hökumət tərəfindən yüksək qiymətləndirilib və bu layihənin həyata keçirilməsi üçün yardım ediləcəkdir.