CƏMİYYƏT


ANAMA: Ağcabədi rayonunda pambıq sahəsində top mərmisi aşkarlanıb

Bakı, 14 fevral, AZƏRTAC 

Fevralın 13-də saat 15:48-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində pambıq sahəsindən mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupunun, Ağcabədi Rayon Polis Şöbəsinin və Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 125 millimetrlik top mərmisi (BK-14M) aşkarlanıb. Havanın qaranlıq və mərminin partladıcısının üzərində olmasına görə aşkarlanmış top mərmisi fevralın 14-də yerində zərərsizləşdirilib.

Mərminin tapıldığı yerin ətrafında 400 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.