CƏMİYYƏT
ANAMA Ağstafa rayonunun Saloğlu qəsəbəsində 139 ədəd partlamamış hərbi sursat aşkarlayıb
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa rayonunun Saloğlu qəsəbəsində evlərin, həyətyanı sahələrin və yolların partlamamış hərbi sursatlardan təmizlənməsi (monitorinq) zamanı yerin altında basdırılmış 139 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər Nazirliyinin Ağstafa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə birlikdə əraziyə baxış keçirilib. Hərbi sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]