CƏMİYYƏT


ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) noyabrın 29-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Cocuq Mərcanlı kəndində gün ərzində 49 min 300 kvadratmetr ərazi tam təmizlənib, 20 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizlənmə üçün hazırlanıb. Mina və partlamamış hərbi sursat aşkarlanmayıb. Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Ümumilikdə, 13 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkarlanıb, 349 min 530 kvadratmetr ərazi tam təmizlənib, 106 min 900 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizlənmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.