CƏMİYYƏT
ANAMA Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) noyabrın 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, gün ərzində Cocuq Mərcanlı kəndində 8 500 kvadratmetr (0.85 ha) ərazi tam təmizlənib, 7 500 kvadratmetr (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Bu ərazilərdə mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.
İki gün ərzində 2 ədəd partlamamış hərbi sursat (PHS) 1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilib, 21 000 kvadratmetr (2.10 ha) ərazi tam təmizlənib, 13 500 kvadratmetr (1.35 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:24]
Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib
- 23.04.2024 [15:56]
Ağdamda əmək yarmarkası təşkil olunacaq
- 23.04.2024 [15:54]
QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib
- 23.04.2024 [14:53]
Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb
- 23.04.2024 [14:52]