CƏMİYYƏT


ANAMA: Cocuq Mərcanlıda gün ərzində 16 min 300 kvadratmetr ərazi yoxlanılıb

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 6-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Cocuq Mərcanlıda gün ərzində 16 min 300 kvadratmetr ərazi yoxlanılıb, 2 min 300 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkarlanmayıb.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cocuq Mərcanlıda iyirmi gün ərzində doqquz partlamamış hərbi sursat (bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, iki ədəd RQ-42 əl qumbarası, iki ədəd TM-62 minasının gücləndiricisi və üç ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və bir ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 610 min 506 kvadratmetr ərazi tam təmizlənib, 172 min 900 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 6-dək ölkə üzrə, ümumilikdə, 7529 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 537 min 548 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.