CƏMİYYƏT


ANAMA: Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi terrorun təzahürüdür

ANAMA: Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi terrorun təzahürüdür

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Ağdam rayonu Yusifcanlı kənd ərazisində baş vermiş mina hadisəsi barədə məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür.

“Unutmayın! Məsuliyyətli və diqqətli davranaraq, baş verə biləcək mina hadisələrindən qorunmuş olarıq! ANAMA bir daha vətəndaşlara müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə çağırır”, - deyə qurumdan vurğulanıb.

Qeyd edək ki, martın 16-da Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Qadağan olunmuş əraziyə daxil olma nəticəsində baş verən mina partlayışında 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.