CƏMİYYƏT


ANAMA: Ötən ay 414 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 354 mina və 223 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 414 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

2020-ci il noyabrın 10-dan bu il noyabrın 30-dək isə piyada əleyhinə 10 min 456, tank əleyhinə 4 min 683 mina və 12 min 659 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 6358 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.