CƏMİYYƏT
ANAMA: Ötən ay ərzində 2723 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, iyunun 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 303, tank əleyhinə 236 mina və 1273 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ay ərzində 2723,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.