CƏMİYYƏT


ANAMA: Ötən həftə 113 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, iyulun 5-dən 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 153, tank əleyhinə 29 mina və 26 partlamamış hərbi sursat aşkarlanıb.

Əməliyyatlar nəticəsində 113 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.