CƏMİYYƏT
ANAMA: Ötən həftə 685 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 8-dən 13-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 134, tank əleyhinə 193 mina və 39 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 685 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:20]
Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib
- 19.04.2024 [17:12]
Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb
- 19.04.2024 [17:04]
Faktiki hava: Xınalığa dolu düşüb
- 19.04.2024 [16:18]
Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin
- 19.04.2024 [16:07]