CƏMİYYƏT
ANAMA: Vətən müharibəsinin başa çatmasından indiyədək 3326 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, bu il iyunun 1-dən iyulun 3-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 1087, tank əleyhinə 316 mina və 461 partlamamış hərbi sursat aşkarlanıb. Əməliyyatlar nəticəsində 563 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
2020-ci il noyabrın 10-dan bu il iyulun 3-dək həmin rayonların ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı isə piyada əleyhinə 8509, tank əleyhinə 3959 mina və 9493 partlamamış hərbi sursat aşkarlanıb. Beləliklə, bu əməliyyatlar nəticəsində 3326 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]