CƏBHƏ XƏBƏRLƏRİ


ANAMA: Xızı rayonu ərazisində partlamış raketin qalıqları aşkarlanıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də saat 13:00 radələrində Xızı rayonu ərazisində partlayış baş verməsi barədə yerli sakinlər tərəfindən Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. Bu məlumatı aldıqdan sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyat qrupu, nazirliyin və digər müvafiq orqanların əməkdaşları dərhal həmin əraziyə gediblər. Rayondakı Sitalçay ərazisinə baxış zamanı bir ədəd “S-300” raketinin partlamış qalıqları aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 18-də keçirilən brifinqdə ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov bildirib.

İ.İsmayılov qeyd edib ki, əraziyə baxış zamanı raketin Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulması müəyyən olunub. Həmin raket 300 kilometr radiusda hədəfləri vurmaq imkanına malikdir. Hazırda ərazidə olan raketin qalıqlarına baxış zamanı onun 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malik olduğu müəyyənləşdirilib. Partlayış nəticəsində xəsarət alan olmayıb. Hazırda agentliyin əməliyyat qrupu tərəfindən raketin hissələrinin götürülməsi həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.