CƏMİYYƏT


ANAMA Yevlax şəhərində raket aşkarlayıb

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik - ANAMA Yevlax şəhərində raket aşkarlayıb.

Agentlikdən AZƏRTAC-a bildiriblər, iyulun 30-da axşam saatlarında Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Yevlax şəhərində, Kür çayının sahilində mərmi tapılması barədə məlumatlar alınıb.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Yevlax şəhər polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ANAMA-nın mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7S raketi aşkar olunub. Raket zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.