CƏBHƏ XƏBƏRLƏRİ


ANAMA cəbhəboyu yerləşən ərazilərdə yaşayan sakinləri naməlum əşyalara toxunmamağa çağırır

Bakı, 29 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildiriblər ki, sentyabrın 27-dən etibarən agentlik tərəfindən cəbhəboyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirilib.

Qeyd olunan qruplar sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları barədə məlumat verir, mina təhlükəsinə dair maarifləndirmə və xəbərdarlıq istiqamətində fəaliyyət həyata keçirir.

Son günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalan yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur. Bu səbəbdən Agentlik cəbhəboyu yerləşən ərazilərdə yaşayan sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımadıqları əşyalara əl vurmamağı və dərhal aidiyyəti üzrə müraciət etməyə çağırır.

Agentlik sakinlərə tövsiyə edir ki, təhlükəli və ya şübhəli əşyalar barədə dərhal Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə, Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə, rayon polis şöbələrinə, eləcə də rayon icra hakimiyyəti orqanlarına məlumat versinlər.

Aparılan əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə davamlı olaraq məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.