CƏBHƏ XƏBƏRLƏRİ


ANAMA: indiyədək cəbhəboyu ərazilərdə 90-dan çox partlamamış hərbi sursat aşkarlanaraq götürülüb

Bakı, 18 oktyabr, AZƏRTAC

Sentyabrın 27-dən etibarən cəbhəboyu ərazilərdə aparılan hərbi əməliyyatlarla bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları, həmçinin baş qərargahda operativ qərargah yaradılıb. Agentlik cəbhəboyu ərazilərdə əməliyyat-axtarış tədbirlərini davam etdirir. Daxil olmuş çağırışlar və müraciətlər əsasında operativ şəkildə əməliyyat-axtarış çıxışları həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 18-də keçirilən brifinqdə ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov məlumat verib.

Qərargah rəisi bildirib ki, yerli sakinlər tərəfindən mərmi və raketlərin ərazilərə düşməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə, Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə 600-dan çox çağırış daxil olub. Bu məlumatlardan sonra DİN və agentliyin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 92 ədəd partlamamış hərbi sursat, 200-dən çox partlamış mərmi və raket qalıqları aşkarlanaraq götürülüb.

Hazırda əməliyyat axtarış qruplarının bu istiqamətdə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.