CƏMİYYƏT


ANAMA mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə proqramı üzrə fəaliyyətini davam etdirir

Bakı, 25 oktyabr, AZƏRTAC

UNICEF, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Təhsil Nazirliyi arasında bağlanmış birgə fəaliyyət proqramı çərçivəsində ANAMA tərəfindən mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə proqramı üzrə fəaliyyət davam etdirilir.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 25-də ANAMA-nın maarifləndirmə işləri üzrə mütəxəssisləri Təhsil İnstitutunun baş təlimatçıları üçün “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” proqramı üzrə təlimçilərin təlimini keçiblər.

Baş təlimatçıların hazırlanmasında məqsəd respublikanın 10 rayonunun mina və partlamamış hərbi sursat təsirinə məruz qalmış kənd məktəblərində tədris verən müəllimlərin partlamamış hərbi sursata dair biliklərinin genişləndirilməsidir.

Təlimdə partlamamış hərbi sursatların tanınması, təhlükəli ərazilərin əlamətləri, sosial psixoloji təsirlər, məktəb hazırlığında partlayıcı sursatların təhlükəsi ilə bağlı məlumat verilib.

Sonda iştirakçılara sertifikat, təlimat kitabçası və partlayıcı sursatların təhlükəsinə dair təbliğat materialları olan maarifləndirici və xəbərdaredici poster və bukletlər təqdim olunub.

Qeyd edək ki, münaqişə dövründən indiyədək ANAMA tərəfindən ümumilikdə 200 min nəfərdən çox vətəndaşımız, məktəblilər, kənd sakinləri, fermerlər, sosial infrastruktur işlərində çalışan dövlət və özəl müəssisələrin əməkdaşları, həmçinin media işçiləri maarifləndirmə təlimlərinə cəlb olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.