SİYASƏT
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 18-ci ildönümü tamam olur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış agentlik 1998-ci il iyulun 18-də fəaliyyətə başlayıb.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə ANAMA-nın direktoru Qəzənfər Əhmədovun başçılığı ilə qurumun məsul əməkdaşları iyulun 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.