CƏMİYYƏT


ANAMA-nın minaya düşən əməkdaşının ayağı amputasiya olunub

Bakı, 15 noyabr, AZƏRTAC

Dünən saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər.

ANAMA-nın Mətbuat Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, partlayış nəticəsində Əhmədov Yasin Ələsgər oğlu həlak olub, Əhmədov Asif Ələsgər oğlu isə ağır dərəcəli bədən xəsarəti alıb.

Mülki vətəndaşların təxliyə olunması üçün agentliyin minaaxtaranları əraziyə cəlb olunub. Təxliyə əməliyyatı zamanı Əhmədov Asif Ələsgər oğlu ərazidən çıxarılıb, Əhmədov Yasin Ələsgər oğlunun təxliyəsi zamanı isə agentliyin minaaxtaranı, 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb.

Xudiyev Asəf Mürsəl oğlu Füzuli rayon Diaqnostika Mərkəzində cərrahiyyə əməliyyatı edilib, vəziyyəti sabit ağırdır.

“Bir daha bildiririk ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə mülki şəxslərin girişi qəti qadağandır”,- deyə məlumatda vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.