CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Füzuli rayonunda tüstülü əl qumbarası aşkar ediblər
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Füzuli rayonunun Qayıdış qəsəbəsində su kanalında partlamamış hərbi sursat (“M7-A3” tüstülü əl qumbarası) aşkar edərək götürüblər. Ümumilikdə 250 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən aprelin 7–dən noyabrın 29-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 649 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, iki tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə, bir çınqıl karxanasına və bir dəmir yolu stansiyasının ərazisinə baxış olub.
Təmizləmə əməliyyatları nəticəsində 3958 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, iki “OZM-72”, iki “siqnal minası” və tank əleyhinə 45 mina aşkarlanaraq zərərsizləşdirilib.