CƏMİYYƏT


ANAMA-nın mütəxəssisləri Suraxanı rayonunda qumbaralar və partlayıcı maddələr aşkarlayıblar

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabr 25-də saat 10:39-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki C.Qurbanov küçəsi 91 ünvanında yerləşən evin yaxınlığında iki ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qruplarının, Bakı Şəhər Baş Polis İdarəsinin Suraxanı Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Suraxanı Rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları C.Qurbanov küçəsi 95 ünvanına baxış keçiriblər. ANAMA-nın mütəxəssislərinin apardıqları təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi məqsədlər üçün döyüş tətbiqinə yararsız olan iki ədəd əl qumbarası (F-1 və RQ-42) və bir UZRQM partladıcısı aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaraların və partladıcının ətrafında 400 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.