CƏMİYYƏT


ANAMA tərəfindən “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin koordinatorları üçün maarifləndirmə təlimi keçirilib

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin koordinatorları üçün maarifləndirmə təlimi keçirib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, təlim iştirakçıları əldə etdikləri biliklərlə mina və partlamamış hərbi sursat təsirinə məruz qalmış 80 icma və kənd məktəblərində dərslər keçəcəklər.

Proqram dərsdənkənar məşğələlər çərçivəsində şagirdlərin məlumatları daha dolğun şəkildə qavraması üçün müxtəlif oyun və yarışmalar şəklində də tədris olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.