CƏMİYYƏT


ANAMA yanında İctimai Şuranın iclasında bu il həyata keçiriləcək layihələr müzakirə olunub

ANAMA yanında İctimai Şuranın iclasında bu il həyata keçiriləcək layihələr müzakirə olunub

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şura 2023-cü ilin ilk iclasını keçirib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, iclasın əsas müzakirə mövzuları İctimai Şura üzvlərinin fəaliyyət dövrünü əks etdirən hesabatın müzakirəsi, eləcə də 2023-cü ilin fəaliyyət planı, həyata keçiriləcək layihələr və cari məsələlərə dair fikir mübadiləsi olub.

İctimai Şuranın təqdim etdiyi dövri hesabata əsasən Şura üzvləri 2022-ci ildə mütəmadi iclaslar keçirib. Toplantıların əsas müzakirə mövzusu Azərbaycanın mina probleminin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq donorların cəlb olunması, minadan zərərçəkənlərin və onların ailə üzvlərinin həyat səviyyəsinin yaxşılaşdırılması, maarifləndirmə tədbirlərinin artırılması olub. Eyni zamanda, İctimai Şura üzvləri Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy və Qazax rayonlarına işgüzar səfərlər edib. Bir sıra beynəlxalq tədbir və görüşlərdə iştirak edərək, ölkəmizin üzləşdiyi kütləvi mina problemi, onların insanların həyatına törətdiyi təhdidlər barədə məlumat verib.

Şuranın üzvləri ilə keçirilən görüşdə bu il üçün fəaliyyət istiqamətləri, mina təhlükəsinə dair maarifləndirmə sahəsində vətəndaş cəmiyyətinin dəstəyi və beynəlxalq təşkilatların cəlb olunması, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin genişləndirilməsi məqsədilə digər müvafiq qurumların İctimai Şura üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi, eləcə də aparıcı mətbuat qurumları ilə məlumatlandırıcı tədbirlərin təşkilinin vacibliyi vurğulanıb.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov İctimai Şura üzvləri tərəfindən mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyətə göstərilən töhfəni yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.