İQTİSADİYYAT
“ANARBANK”IN YENİ XİDMƏT NÖVÜ
“Azərikart” prosessinq mərkəzi lokal plastik kartların buraxılması barədə “Anarbank” kommersiya bankı ilə müqavilə bağlamışdır. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müqaviləyə əsasən bu maliyyə təşkilatı 2004-cü ilin sonunadək dövriyyəyə 2000-ə qədər kart buraxa bilər. Bu, bankın gələn il üçün biznes planında əksini tapmışdır. Bank dövriyyəyə daha çox kart buraxarsa, müqaviləyə dəyişikliklər ediləcəkdir.
Hələlik Azərbaycan Milli Bankından lisenziyası olmadığından “Anarbank” cari ilin sonunadək kartlarla xidmət göstərə bilməyəcəkdir. Bankın öz sənədlərini yaxın vaxtlarda Milli Banka təqdim edəcəyinə baxmayaraq, bu proses kifayət qədər uzun sürəcəkdir. “Anarbank”ın öz bankomatları olmadığından, bu maliyyə təşkilatı digər bankların bankomatlarından istifadə edəcəkdir.