İDMAN


ANATOLİ KARPOV KUBADA REKORD SEANSDA OYNAYACAQDIR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, şahmat üzrə keçmiş dünya çempionu, rusiyalı qrossmeyster Anatoli Karpov, eyni zamanda, rekord seansda iştirak etmək məqsədi ilə aprelin 26-da Kubaya gəlmişdir.

Seans hazırda bu Karib ölkəsində keçirilən ikinci Kuba idmanı Olimpiadası çərçivəsində olacaqdır.

Karpov aprelin 29-da şahmat ustaları və həvəskarları ilə Santa-Klara şəhərində, əfsanəvi inqilabçı Ernesto Çe Gevaranın adını daşıyan meydanda yarışacaqdır. Təşkilatçıların məlumatına görə, oyunda 12,5 mindən çox şahmatçı iştirak edəcəkdir ki, bu da “Ginnessin rekordlar kitabı” üçün yeni nailiyyət olacaqdır. Belə ki, iki il bundan əvvəl Kuba şahmatçıları Havanadakı İnqilab meydanında 11 min 300 yerli şahmat ustası və həvəskarının, o cümlədən ölkənin lideri Fidel Kastronun iştirakı ilə belə bir seans keçirmişdilər.

Rekord seansda iştrak etmək üçün Santa-Klaraya 20 ölkədən təxminən min şahmatçının gələcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.