SİYASƏT


ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir. 

DİA-dan AZƏRTAC-a bildirmişlər ki, akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov mərasimdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəsbkar sovet imperiyası tərəfindən Azərbaycanda törədilmiş qanlı hadisələrdən, xalqımızın başına gətirilmiş müsibətlərdən, o vaxtkı respublika rəhbərliyinin siyasi səriştəsizliyi və millətin taleyinə biganəliyi ucbatından bu faciələrin qarşısının vaxtında alınmamasından söhbət açmışdır.

Rektor 20 Yanvar qırğınının hüquqi-siyasi qiymətinin yalnız görkəmli dövlət xadimi, Prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini diqqətə çatdırmışdır.

Mərasimdə çıxış edən siyasi idarəetmə fakültəsinin dekanı, dosent Aqiyə Naxçıvanlı, prezident təqaüdçüsü Ziya Əliyev və başqaları xalqımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirələrinin heç zaman unudulmayacağını, daim əziz tutulacağını bildirmişlər.

Natiqlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və inkişafı yolunda Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.