MƏDƏNİYYƏT


“ANKA” klubu Türkiyədə keçirilən festivalda Azərbaycanı təmsil edib

Ankara, 16 iyul, AZƏRTAC

Azərbaycan tərəfi Türkiyənin Geresun şəhərində təşkil olunan Ağacbaşı-Kulakkaya səkkizinci Beynəlxalq Yaylaq Mədəniyyət və Sənət Festivalında təmsil olunub.

AZƏRTAC xəbər verir ki, Kulakkaya yaylağında təşkil olunan festivalda “ANKA” Azərbaycan Rəqs və Sənət Klubunun çıxışı sonsuz maraqla qarşılanıb. İştirakçılar “Azərbaycan qızıyam” və “Bağımda üzüm qaldı” mahnıları ilə festivalın ahəngini daha da canlandıran “ANKA” qrupunun nəfis ifasını alqışlarla qarsalayıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.