İDMAN
ANNA QURBANOVA DÜNYA KUBOKU YARIŞLARINDA ÜÇ MEDAL QAZANMIŞDIR
Daşkənddə bədii gimnastika üzrə “Şərq gözəli-2004” Dünya kubokunun mərhələ yarışlarında Azərbaycan gimnastı Anna Qurbanova uğurla çıxış etmişdir. Respublika Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gimnastımız çoxnövçülük yarışlarında 4-cü yer tutmuş, gürzlə yarışlarda gümüş, lent və çənbərlə yarışlarda isə bürünc medallar qazanmışdır. Zədə almış digər gimnastımız Dinara Gimatova çoxnövçülükdə altıncı yerə çıxmış, ayrı-ayrı təmrinlərdə isə onun ən yaxşı göstəricisi topla yarışlarda olmuşdur - 6-cı yer.
Çoxnövçülükdə yarışların qalibi isə Afina Olimpiadasının çempionu rusiyalı Alina Kabayeva olmuşdur. Gümüş medala Qazaxıstan nümayəndəsi Aliyə Yusupova, bürünc medala isə Rusiya idmançısı Olqa Kaparanova layiq görülmüşlər.