İDMAN
ANNA QURBANOVA DÜNYA KUBOKU YARIŞLARININ BÜRÜNC MÜKAFATÇISIDIR
A.Qurbanova demişdir: “Bu mükafat məni çox sevindirir. Daşkənddə Dünya kuboku yarışları mənim üçün uğurlu keçir. Xatırlayırsınızsa, ötən il də fəxri kürsüyə qalxmışdım”. Özbəkistan yarışlarında qələbəni isə rusiyalı gimnastlar dünya çempionu Vera Sesina (ip, lent,çoxnövçülük) və Olqa Kapranova (top, gürz) bayram etmişlər.
Dünya kuboku yarışları ilə yanaşı, Daşkənddə yeniyetmələr arasında “Şərq gözəli” beynəlxalq turniri də keçirilmişdir. Azərbaycanı təmsil edən Zeynəb Cavadlı 66,25 balla şəxsi hesabda 8-ci pilləni tutmuşdur. Birinci və ikinci yerləri Rusiya gimnastları Natalya Pişuçkina və Olqa Romançenko bölüşmüş, üçüncü yerə Özbəkistan gimnastı Alisa Ajimirova layiq görülmüşdür.
Milli federasiyanın mətbuat xidməti bildirir ki, indi gimnastlarımız Həştərxanda (15-19 noyabr) və İzmirdə (18-20 noyabr) keçiriləcək beynəlxalq yarışlara hazırlaşırlar.