İQTİSADİYYAT
“ANŞAD PETROL” BU İLİN 9 AYINI UĞURLA BAŞA VURMUŞDUR
“Anşad Petrol” Məhdud Məsuliyyətli Müəssisə Azərbaycan-Türkiyə-Malayziya birgə müəssisəsi bu ilin 9 aylıq tapşırıqlarına uğurla əməl etmişdir.
Birgə müəssisədən AZƏRTAC-a bildirmişlər ki, həmin müddətdə neftçilər nəzərdə tutulduğundan 3 min ton çox neft, 0,5 milyon kubmetr qaz hasil etmişlər.
Yaxın vaxtlarda neftçilər 80 ildən çox istismarda olan Orta Abşeron yatağında daha iki quyunu istismara qəbul edəcəklər. Bu yataqda 20-yə qədər neftlə zəngin məhsuldar lay vardır. Neftçilər illik tapşırıqlara vaxtından xeyli əvvəl əməl etməyi qarşıya məqsəd qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:40]
“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək
- 25.04.2024 [16:34]