İQTİSADİYYAT
“ANŞAD PETROL” MÜŞTƏRƏK MÜƏSSİSƏSİ QAZ HASİLATI ÜZRƏ AYLIQ PROQNOZA 131,8 FAİZ ƏMƏL ETMİŞDİR
Müqavilə əsasında fəaliyyət göstərən “Anşad Petrol” müştərək müəssisəsi cari ilin mart ayında “Neftçala”, “Xıllı” və sair yataqlardan 2 milyon 451 min kubmetr təbii qaz çıxararaq, aylıq proqnoza 131,8 faiz əməl etmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müştərək müəssisə ilin ilk rübündə də yüksək göstəricilər əldə etmişdir. Üç ayda 8 milyon 623 min kubmetr (157,6 faiz) təbii qaz hasil olunmuşdur. Bu da rüblük proqnozdan 3 milyon 153 min kubmetr çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:40]
“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək
- 25.04.2024 [16:34]